Redaktor seçimi
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Günün xəbəri

Bu qəsəbələrdə işıq kəsiləcək -SİYAHI

Bakının bu ərazilərində işıqlar KƏSİLƏCƏK

Mərdəkan qəsəbəsinin bir hissəsində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Yenixeber.org: Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 35/6 kV-luq “Şağan-1” yarımstansiyasında 148 saylı Komplekt Transformator Məntəqəsindən (KTM) çıxan 6 kV-luq hava xəttində təmir işi aparılacaq.

Bununla əlaqədar olaraq bu gün saat 10:00-dan 16:00-dək Mərdəkan qəsəbəsi 28 may və Cəfər Rəmzi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

                    ****

Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq yarımstansiyada elektrik avadanlıqlarında təmir-təftiş və laboratoriya sınaq işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:30-dan 11:30-dək Maştağa qəsəbəsi və Albalılıq yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam