Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nura Suri Mədəniyyət Nazirliyini ifşa etdi:“Pul verib, tədbirlərə qatılmaq olur”

“Mədəniyyət Nazirliyinin keçirdiyi bütün tədbirlərdə biz, müğənnilər, dövlət tədbiridir deyə pulsuz oxumuşuq. Əvəzində isə heç kəsə lazım olmayan diplomlar veriblər – 2004-2022-ci illər ərzində. Sonradan xəbər tutduq ki, dövlət bu tədbirlər üçün vəsait ayırırmış, lakin həmin pulları Mədəniyyət Nazirliyində çalışanlar mənimsəyirmiş”.

Yenixeber.org: Bu sözləri müğənni Nura Suri bildirib.

Onun sözlərinə görə, bir dəfə ərizə yazıb klip çəkilişinə icazə istəyib:

“Akademik Musiqili Teatrda həm də Əliqismət bəylə bu barədə danışılmışdı (sübutlarım da var). Çəkiliş qrupu artıq çəkiliş üçün yerləri müəyyən etmişdi və biz ödənişi də etməyə hazır idik, amma nazirlikdən icazə ala bilmədik. Mənzərin məndən xoşu gəlmir deyə (Mədəniyyət Nazirliyinin Tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyeva).

Mədəniyyət Nazirliyinin nəzdində olan teatr, muzey və digər qurumlarda yalnız pul ödəyib çəkiliş aparmaq mümkündür. Bundan əlavə, nazirliyə rəsmi məktub göndərib aylarla cavab gözləməli oluruq. Biz müğənnilər üçün bu, çox çətin və ədalətsiz vəziyyətdir. Amma “bəy-gəlin” çəkilişləri üçün heç bir problem yoxdur – pulunu ödə, çəkilişini et.

Sonradan öyrəndik ki, bir çox tədbirlərə düşmək üçün, hətta xalq artistləri belə, Mənzər xanıma bahalı hədiyyələr və pul verirlər. Nazirlər dəyişir, amma Mənzər xanım hələ də yerindədir.

media-men

Nazirliyə bir neçə yaltaq olmayan, doğrunu deməyə cəsarəti çatan məşhurlar birlikdə rəsmi məktub da yazdıq, amma heç bir nəticə olmadı. Nə isə… Mən yenə “demoqoqluq” etməyim, onsuz da daşım ağırdır. Olduğu kimi qalsın”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq.(milli.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam