Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Alfa med” MMC-nin "MTN"-lə əlaqəsi üzə çıxdı

 

“Alfa med” MMC adlı firmanın dərman pereparatlarını dəyərindən dəfələrlə baha qiymətə satdığı və qeydiyyatsız dərmanların satışını təşkil etdiyi üçün bu günlərdə həbs olunan rəhbərlərinin MTN-dəki mütəşəkkil qruplaşma ilə ortaqlığı üzə çıxıb.

Xeberinfo.com:   Bakıdakı biznes çevrələrindən virtualaz.org saytına məlum olub ki, həmin firmanın əsl sahibi keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun “kassiri”, general Akif Çovdarovun çirkli biznesini idarə edənlərdən biridir. Bu şəxsin adı Ədalət Ramazanovdur və mənbələr deyir ki, o, MTN-dəki bandanın zərərsizləşdirilməsi əməliyyatı başlayandan az sonra ölkəni tərk edib.

 

Xəbər verildiyi kimi prezident İlham Əliyev ötən bazar günü Nazirlər Kabinetinin iclasında manatın devalvasiyasından istifadə edərək bəzi əliəyri adamların, möhtəkirlərin qiymətləri süni artırdığını bildirib. Prezident hüquq-mühafizə orqanlarına tapşırıq verib ki, belə faktlara qarşı sərt tədbirlər görsünlər. Müşavirənin ardınca Baş Prokurorluq Bakının Nəsimi rayonunda, Q.Quliyev keçəsi 31C ünvanında yerləşən “Alfa med” MMC-nin satış üzrə meneceri İbadulla Hüseynovun və müəssisənin təsisçisi, habelə faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyevin həbsi barədə məlumat yayıb.

Prokurorluğun məlumatında deyilirdi ki, həmin şəxslər dərmanları dəyərindən dəfələrlə baha satıb, habelə Səhiyyə Nazirliyinin qeydiyyatında olmayan dərmanların ölkəyə gətirilib satılmasını həyata keçirib. Açıqlamaya əsasən mütəşəkkil qruplaşmanın digər üzvlərinin tapılıb məsuliyyətə cəlb edilməsi üçün istintaq tədbirləri davam edir.

Məlumata görə, əslində həbs olunan Əfqan Xudaverdiyev həmin firmanı işlədən adamdır, firmanın əsl sahibi isə Ədalət Ramazanovdur. Həmin Ramazanov ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova bağlı olan, Azərbaycanda olduqca bahalı avtomobillərin satışını həyata keçirən “Saba Cars” şirkətinin sahibi Dəmir Abdullayevlə ortaq olub. D.Abdullayev həm də “Baku Motors” şirkətinin sahibidir.

Mənbələr bildirir ki, dərman qara bazarının kralı kimi tanınan Ə.Ramazanovla D.Abdullayev avtomobil satışı biznesi ilə yanaşı inşaat materialları, dərman satışı və digər biznes sahələrində də ortaq olublar. Ə.Ramazanov hazırda həbsdə olan general Akif Çovdarovun birbaşa himayəsində olub. Onun sayəsində həm də gömrük brokerliyi biznesinə girib.

Ə.Ramazanovun vəzifələrindən biri də gömrükdə ölkəyə qaçaq yolla dərman gətirilməsini izləmək, bu işlə məşğul olanlar barədə məlumatları toplayıb Akif Çovdarova ötürmək idi. Çovdarovun “qvardiyaçıları” isə dərhal dərman qaçaqmalçılığı ilə məşğul olanları yaxalayır, onların mallarını müsadirə edir və külli miqdarda pullarını alıb buraxırdı. Müsadirə edilən dərmanlar isə “Alfa med” MMC vasitəsilə bazara çıxarılırdı.

Digər maraqlı fakt budur ki, həbs olunan Əfqan Xudaverdiyev “Alfa med” MMC-nin rəhbəri olmaqla yanaşı eyni zamanda Bakı gömrüyündə dərmanlar üzrə ekspert kimi də fəaliyyət göstərib. Yəni faktiki olaraq Mahmudov-Çovdarov qruplaşmasının gömrükdəki “görən gözü, eşidən qulağı” olub.

Mənbənin bildirdiyinə görə Ə.Ramazanov Çovdarov və digərlərinin çirkli pulları hesabına Türkiyədə saxta tərkibli dərmanlar istehsal edən iki zavod da qurub. Bu zavodlardan biri İstanbul, digəri İzmit yaxınlığında yerləşir, təxminən 140-150 milyon dollara başa gəlib. Lakin Türkiyə tərəfi ona xəbərdarlıq edibmiş ki, bu zavodlarda istehsal olunan dərmanların Türkiyə bazarına çıxarılması qeydə alınsa zavodlar bağlanacaq, özü isə həbs olunacaq. Nəticədə bu zavodlarda istehsal edilən dərmanlar əsasən MDB-nin bəzi respublikalarına satılırdı.

Ramazanovun şəbəkəsi təxminən 3 il əvvəl Azərbaycana xərçəng xəstəliyinin müalicəsində istifadə olunan bahalı dərman pereparatlarının saxta versiyasını gətirdiyi, lakin Milli Onkologiya Mərkəzinin rəhbəri, akademik Cəmil Əliyevin bundan xəbər tutduğu və həmin dərmanların satışdan yığışdırıldığı da bildirilir.

Çovdarov və Ramazanovun biznes təkcə Azərbaycanla məhdudlaşmayıb. Mənbələr bildirir ki, onların Dubayda inaat biznesi də olub. Eyni zamanda Ramazanovun ortaq olduğu “Saba Cars” şirkətinin Dubayda da filialı var.

“Saba Cars” şirkətinin Bakıda bir neçə avtomobil salonu fəaliyyət göstərirdi. Eldar Mahmudovun işdən çıxarılmasından sonra şirkətin Bakının Badamda şossesi, 1 ünvanında, “Qurd Qapısı” restoranına yaxın (Eldar Mahmudovun çoxsaylı qəsrlərindən biri də həmin ərazidə yerləşir) “Avtomobil Dünyası” salonu fəaliyyətini dayandırıb. Bu obyektdə təkcə qiyməti bir neçə yüz min dollar olan avtomobillər satılmırdı, Eldar Mahmudovun oğlu Anar Mahmudovun “Crystal Holding”inə daxil olan "Caspian Crystal" brend içkilər mağazası da obyektin birinci mərtəbəsində fəaliyyət göstərirdi.

Azərbaycanda  “Range Rover”, “Jaguar”, “Maserati” avtomobillərinin və “Dicati” motesikletlərinin rəsmi distribütoru olan “Crystal Motors” şirkəti də eks-nazirin oğlu Anar Mahmudova məxsus olub. Həmin şirkətin avtomobilləri həm də “Saba Cars”ın salonlarında satılırdı.

“Saba Cars” 2013-cü ildə 6 təkərli Mercedes-Benz Brabus B63S 700 6x6” avtomobilini ilk dəfə Azərbaycana gətirmişdi. Ötən il noyabrın 13-də isə mətbuat xəbər verdi ki, şirkətin Badamdar şossesindəki avtosalonu təcili boşaldılır, oradakı bahalı avtomobillər harasa daşınır. Çünki Mahmudov-Çovdarov qorxu imperiyası artıq dağılmışdı...

İndi isə görünür ki, bu imperiya Azərbaycanda təkcə biznesi təhdid altında saxlamaqla, sahibkarları talamaqla və onların biznesini ələ keçirməklə məşğul olmayıb. Eyni zamanda dərman qaçaqmalçılığı da bu mütəşəkkil qruplaşmanın nəzarətində olub. Və ən mühüm məqam budur ki, qruplaşmanın caynaqlarının izləri hələ də ayrı-ayrı sahələrdə üzə çıxmaqdadır...

P.S. “Alfa med” MMC-nin qaranlıq biznes fəaliyyəti ilə bağlı araşdırmalarımız davam edir və yaxın buraxılışlarımızda bu mövzuda əlavə məlumatları əldə edib oxuculara çatdırmağa çalışacağıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam