Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sabiq müdafiə nazirinə yeni vəzifə verildi

 

 

Veteranlar Şurası gəncləri hərbi vətənpərvər olmağa çağırdı 

   "xeberinfo.com": Sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasının sədri seçilib. 

     Bu barədə  sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayevin özü məlumat verib. Onun sözlərinə görə, Şuranın sabiq sədri Əlövsət Baxışovun vəfat etməsi ilə əlaqədar, sədrliyə onu seçdilər: “Şuranın minlərlə üzvü var. Hazırda gənclər arasında hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində işlər aparırıq. İnanırıq ki, Şura dövlət siyasətinə uyğun olaraq öz işini görəcək. Həmçinin Şuraya üzv olan müharibə iştirakçıları, veteranlar və digər nümayəndələrin də problem və təklifləri də hər zaman dəyərləndirilərək həllinə çalışılacaq”. 

   Qeyd edək ki, Dadaş Rzayev, 1993-cü ilin 20 fevralından, 1993-cü ilin 17 iyununa qədər Azərbaycan Respublikasının müdafiə naziri olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam