Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Ziya Məmmədovla Bəylər Əyyubov qarşıdurması dərinləşir

 

Ziya Məmmədov-Bəylər Əyyubov savaşında kim qalib gələcək; İlham Əliyev nəqliyyat nazirinin təşkil etdiyi açılışa niyə getməyib?

"Xeberinfo.com":  Məlumata görə, Nəqliyyat naziri Ziya Məmmədovla prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri, general-polkovnik Bəylər Əyyubov arasında qarşıdurma getdikcə dərinləşir. “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, səbəb “Azəryolservis” ASC-nin rəhbərliyinə təyinatla bağlıdır. Məlumat üçün deyək ki, Cavid Qurbanov bu qurumun rəhbərliyindən gedəndən sonra onun yerinə təyinat olmayıb.

Ziya Məmmədov “Azəryolservis”in rəhbəri vəzifəsinə Saleh Məmmədovu təyin etdirmək istəyir. O, hazırda qurumun müvəqqəti sədridir. Bəylər Əyyubov isə bu posta yaxın adamı olan “Aqrartikinti”nin rəhbəri, deputat Ağalar Vəliyevi təyin etdirməyə çalışır. Bəzi məlumatlara görə, yanan binanın təmiri də məhz buna görə Ağalar Vəliyevə tapşırılıb. Yəni, bu, bir növ Ağalar Vəliyev üçün imtahandır.

“Azadlıq”a daxil olan yeni məlumatlara görə, avqustun 5-də “Azəryolservis” ASC-nin yeni inzibati binasının açılışı olmalı imiş. Açılışda ölkə başçısı Ilham Əliyev də iştirak etməli imiş. Ziya Məmmədov elə açılışdaca Saleh Məmmədovla bağlı məsələni də həll etməyi düşünüb. Lakin nazirin planları boşa çıxıb. Son anda Ilham Əliyevin aıçılışa gəlməyəcəyi bəlli olub. Bu baxımdan tədbir təxirə salınıb. Ölkə başçısının hansı səbəbdən açılışa gəlmədiyi bəlli deyil. Amma bəzi məlumatlara görə, bu Bəylər Əyyubovun planları ilə bağlıdır. Ziya Məmmədovun çevrəsində də belə ehtimallar var. Bəzi məlumatlara görə, “Azəryolservis”in sədrliyi uğrunda mübarizə getdikcə daha dərinləşəcək. Çünki Ağalar Vəliyevin bu posta təyinatı qurumun faktiki olaraq Ziya Məmmədovun nəzarətindən çıxması deməkdir. Bundan başqa məlumatlar var ki, Ağalar Vəliyev bu posta təyin olunandan az sonra “Azəryolservis”in müstəqil quruma çevrilməsi məsələsi gündəmə gətiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam