Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Bu gündən Türkmənistanda üçgünlük "Azərbaycan Milli Günləri" başlayır-FOTOLAR

 

Bu gündən avqustun 8-dək Türkmənistanın Avaza Milli Turizm Zonasında keçirilən BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində “Azərbaycan Milli Günləri” təşkil olunur.

Yenixeber.org: Bu barədəMədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirlər Azərbaycanın zəngin mədəniyyətini, tarixi irsini və incəsənət ənənələrini beynəlxalq auditoriyaya təqdim edir. Azərbaycan pavilyonu konfrans məkanında ziyarətçilərə açıq olacaq. Burada ölkənin tarixi və mədəni irsinə dair kitablar, broşürlər, suvenirlər, xalçalar, kəlağayılar və tətbiqi sənət nümunələri sərgilənəcək.

Ziyarətçilər qədim sənətkarlıq ənənələrini əks etdirən əl işləri ilə də tanış ola biləcəklər. Açıq havada təşkil olunan “Azərbaycanın milli irsinin inciləri” adlı incəsənət sərgisində Azərbaycan Milli Xalça Muzeyinin fondundan xalçalar, intarsiya, şəbəkə, zərgərlik, təkəlduz və kəlağayı nümunələri nümayiş olunacaq. Həmçinin, xalçatoxuma, şəbəkə sənəti, zərgərlik və kəlağayı hazırlanması üzrə ustad dərsləri keçiriləcək.

Sərgi zonasının kulinariya bölməsində milli mətbəxin ənənəvi yeməkləri və şirniyyatları təqdim olunacaq, Azərbaycanın qonaqpərvərliyi və kulinariya ənənələri nümayiş etdiriləcək.

Bu gün konfransın açılış mərasimi çərçivəsində qala-konsert təşkil ediləcək.

6 avqustda “Azərbaycan Milli Günü” münasibətilə konsert proqramı, 8 avqustda isə Azərbaycan incəsənət ustalarının iştirakı ilə yekun qala-konsert baş tutacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam