Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Televiziya təkcə biznes sahəsi deyil"

Əli Həsənov: “Televiziya təkcə biznes sahəsi deyil

 

 

 
“Dinamik inkişaf edən, müasirləşən, mili dəyərlərə sadiq Azərbaycan bu günün reallığıdır”.
 
Xeberinfo.com: Məlumata görə, bunu "Xəzər" TV-nin yeni binasının açılışında Azərbaycanın prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Ə. Həsənov deyib.
 
Ə.  Həsənov qeyd edib ki, "Xəzər" TV-nin inzibati binası son illər Azərbaycanda həyata keçirilən quruculuq meyarlarına, müasir televiziyanın bütün tələblərinə cavab verir:  “Bu gün Bakı şəhərini müasirləşdirən, gözəlləşdirən və dünyanın inkişaf etmiş paytaxtları ilə bir cərgəyə çıxaran genişmiqyaslı işlərin memarı prezident İlham Əliyevdir. Bizim bütün nailiyyətlərimizin əsasında ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurla davam etdirilməsi amili durur”.
 
Ə. Həsənov bildirib ki, televiziya milli mənəvi dəyərlərə, ailə tərbiyəsinə üstünlük verməlidir: “Televiziyaya təkcə biznes sahəsi kimi baxmaq lazım deyil, televiziya sahəsi ilə məşğul olanlar bunu nəzərə almalıdırlar. Televiziya ən nümunəvi ziyalını, məmuru ekrana çıxarmalıdır ki, xalqımızı doğru yola istiqamətləndirsin, onun obyektiv informasiyaya olan ehtiyacını ödəsin. "Xəzər" TV digər çoxsaylı televiziya kanalları ilə birgə Azərbaycanda yeni ənənə formalaşdırmalıdır. Hər birimizin amalı bundan sonra həyatımızda yaxşı nümunələri inkişaf etdirmək olmalıdır”.
 
Ə. Həsənov Azərbaycanda mili dəyərlərin, xalqımızın adət-ənənələrin bərqərar olduğunu vurğulayıb: “Televiziya bu ənənələrin yaşamasına öz dəyərli töhfəsini verməli, onları daha da zənginləşdirməlidir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam