Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Eldar Mahmudov başçının sökülən villasını necə gizlədib?

 

Lerikin icra başçısı Rövşən Bağırovun paytaxtın “Dostluq” parkında villası yerlə-yeksan olunub.

 

Xeberinfo.com:   Məlumata görə, icra başçısı evinin sökülməsi zaman məsələni ört-basdır etməyə çalışıb. Ona bu işin üstünün açılmamasında sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov köməklik göstərdiyi iddia olunur.

 

Məlumatda bildirilir ki, R.Bağırov adının qara siyahıya düşəcəyini bilib. Odur ki, dərhal hərəkətə keçərək E.Mahmudova elçi düşüb. Onun yaxın himayədarı olmuş sabiq MTN şefi öz kadrını qorumağa müvəffəq olub. Məlumata görə, icra başçısının villasını sökülməsi E.Mahmudovun sayəsində ictimaiyyətdən və yuxarı dairələrin diqqətindən gizlədilib.

 

Ancaq son hadisələr və MTN-də olan həbslər məsələnin üstünü açıb. Lerik rəhbərinin “Dostluq”parkında villasının olduğu aydınlaşıb. İcra başçısı bu faktın faş olmasından həyəcanlanıb.

Öz yaxın ətrafı ilə apardığı məsləhətləşmələrdən sonra qərara alıb ki, həmin villanın yaxın qohumuna aid olduğunu izah etsin. Mənbə qeyd edir ki, bu bəhanə də işə yaramayıb.

Prezident İlham Əliyev bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən görüb ki, vaxtilə Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış "Dostluq” parkının bir hissəsini yenə də zəbt ediblər:

"Mən orada haradasa 7-8 il bundan əvvəl olmuşdum və görmüşdüm ki, "Dostluq” parkında ağaclar qırılır, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin, aydınlaşdırın, bütün tikilən binalar qanunsuzdur, onları sökün.

 

Qoy, onları tikənlərə dərs olsun. O gün həmin əraziyə gələndə yenə də görürəm ki, düz "Dostluq” parkının yanında - yamacda villalar tikilib. Dedim ki, bunları tikənlərin kim olduğunu öyrənin. Heç bir adam çıxmadı. Dedim ki, bir villanı sökün, görün, işin arxasından kim çıxacaq. Heç kim çıxmadı.

Dedim, belədirsə, əgər heç kimə məxsus deyilsə, sökün, bunları dağıdın, başqalarına dərs olsun. Qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Orada elə istinad divarları tikilib ki, bəlkə də təkcə onun tikintisinə bir neçə milyon manat sərf edilib.

Bu qədər özbaşınalıq olmaz. Mən dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır. Bütün vəzifəli şəxslər - ilk növbədə onlar nümunə olmalıdırlar". Qeyd edək ki. dövlət başçısının tapşırığından sonra məmurların sökülən villalarının arxasından kimsə başını qaldırmaq istəmədi.

 

Səbail rayonu “Dostluq” parkı ərazisinin bir hissəsində qanunsuz tikilən və dövlət başçısının göstərişi ilə sökülən villalardan biri Lerik rayon icra başçısı Rövşən Bağırov məxsus olub. İcra başçısı həmin villanın tikintisi üçün 2 milyon dollara yaxın xərc çəkdiyi bildirilir. Rövşən Bağırovun villası 16 sot torpağın içində tikilib. Əldə olunan məlumatlara görə, deputatla şərikli MMC-lər yaradan Rövşən Bağırov indiyə qədər büdcə pullarını dağıtmağın asan yollarını da tapıb.

 

Məsələn, onun abadlıq və yenidənqurma adı altında gördüyü işlərin pulu büdcədən verilsə də, həmin vəsaiti yerli idarə və müəssisə rəhbərləi ilə sahibkarlar çəkiblər. Məlumatlara görə, Rövşən Bağırovun tapşırığına əsasən keçirilmiş prosesdə sahibkarlar, idarə və müəssisə rəhbərləri həmin pulu hissə-hissə ödəyiblər. Abadlıq işlərini «İnstal Serviz» MMC həyata keçirib ki, onlara da bu işdən bir qədər pul çatıb.   

 

tia.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam