Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Eldar Mahmudovun şəriki və qohumu işdən qovuldu

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun daha bir yaxın adamı vəzifəsini itirib. 

"Xeberinfo.com":   Məlumata görə, vəzifə səlahiyyətlərini aşmaqda və bir çox cinayətlərdə ittiham olunan keçmiş nazirin yaxın adamı, Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Əhməd Talıbov tutduğu postdan azad edilib. 

Məlumata görə, Ə.Talıbovla icra başçısı arasında münasibətlər həmişə kritik olub. Müavin başçını saymayıb, özfəaliyyətlə məşğul olub, özünü rayonun yiyəsi kimi aparıb. E.Mahmudovla yaxınlığı onun bu hegemonluğun illlərdi davam etməsinə şərait yaradıb. 

Mahmudovun başçı müavinini belə himayə etməsi təkcə onların qohumluq əlaqələriylə bağlı deyil. Onlar həm də biznes ortağıdır.
Belə ki, biznes ortaqlığı (Talıbovun Suraxanı ərazisində Mahmudovla şərikli obyektləri, o cümlədən Hövsanda ticarət mərkəzləri var) başçı müavinini rayonda daha böyük səlahiyyət sahibi edib.

Lakin Mahmudov vəzifədən çıxarılandan cəmi 2 gün sonra onun bütün səlahiyyətləri əlindən alınıb.


Məlumat üçün bildirək ki, Ə.Talıbovun kapitan rütbəli oğlu Talıb Talıbov MTN-də işləyir. İstintaq zamanı onun da əməllərində xeyli qanun pozuntuları aşkarlanıb və "qara siyahıya" salınıb.

Qeyd edək ki, oktyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub. 

E.Mahmudovun işdən azad edilməsindən sonra nazirliyin 6-sı general olmaqla 13 yüksək vəzifəli əməkdaşı nazirlikdəki postundan uzaqlaşdırılıb. 

Həmçinin Mahmudova yaxın başqa sahələrdə çalışan bir neçə şəxs də vəzifəsini itirib. 
aznews.az

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam