Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

Füzulidə zəncirvari yol qəzasında ölən üç nəfərin kimliyi məlum olub -YENİLƏNİB

 

Füzuli rayonunda üç nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi müəyyənləşib.

Yenixeber.org-un məlumatına görə, hadisə 6-cı Qayıdış qəsəbəsi ərazisində qeydə alınıb.

Qəza zamanı "Mercedes" markalı avtomobildə olan Qurbanov Nicat, onun qardaşı Qurbanov Ceyhun və Süleymanov Elçin hadisə yerində ölüblər.

Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan "KİA" markalı avtomobilin sürücüsü Qənbərov Bəndalı Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, vəziyyəti ağır olan B.Qənbərov daha sonra Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.

Faktla bağlı araşdırma davam etdirilir.

***

Füzuli rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır zəncirvari yol qəzası baş verib.

Bəlumata görə, “Mercedes”, “KİA” və “Opel” markalı avtomobillər toqquşub.

Hadisə nətisində 3 nəfər həyatını itirib. Ölənlərdən ikisinin qardaş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam