Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

Naxçıvanda seçkiləri Prezident təyin edəcək -Konstitusiya dəyişir

 

Naxçıvan Konstitusiyasına dəyişiklik layihəsinin təfərrüatı məlum olub.

Yenixber.org xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına 2 yeni maddənin (maddə 3-1 və maddə 28-1) əlavə edilməsi, 1 maddənin (maddə 5) çıxarılması, bir sıra maddələrdə və Preambula hissədə isə dəyişikliklər edilməsi nəzərdə tutulur.

5-ci maddə Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin səlahiyyətlərini nəzərdə tutur.

Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da öz əksini tapacaq.

Konstitusiyaya əlavə edilməsi nəzərdə tutulan “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi” adlı 3-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və ona rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.

Naxçıvan Konstitusiyasına edilən dəyişikliklərdən biri də Ali Məclisə seçkilərlə bağlıdır. Belə ki, Ali Məclisə seçkiləri Azərbaycan Prezidenti təyin edəcək.

Seçkilər indiyədək Naxçıvan Ali Məclisinin sədri tərəfindən təyin edilirdi. Dəyişikliyə əsasən onun bu səlahiyyəti əlindən alınır.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

Konstitusiyaya, həmçinin Ali Məclisin buraxılması barədə maddə əlavə ediləcək.

Belə ki, Ali Məclis 31 deputatın tələbi ilə və ya Konstitusiyanın müvafiq maddələrində göstərilən vəzifələri aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilməkdikdə Azərbaycan Prezidenti tərəfindən buraxıla bilər.

Xatırladaq ki, Naxçıvan Konstitusiyasına dəyişiklik layihəsi Ali Məclis tərəfindən iki oxunuşda qəbul edilib. Layihə Milli Məclisin müzakirəsinə çıxarılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam