Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Adil Kərimli: Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsi mühüm sosial-mədəni əhəmiyyətə malikdir

 

Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsin Azərbaycan üçün mühüm sosial-mədəni əhəmiyyətə malikdir.

Yenixeber.org xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli Laçında “MDB-nin mədəniyyət paytaxtı – 2025”in açılışında deyib.

Nazir bildirib ki, bu, işğaldan azad edilmiş Azərbaycan ərazilərinin mədəni və iqtisadi dirçəliş prosesində beynəlxalq ictimaiyyətin dəstəyinin və həmrəyliyinin bariz təzahürüdür.

“Otuz illik işğal dövründə Laçında məscidlər, ziyarətgahlar, məbədlər, qədim kurqanlar, qəbiristanlıqlar, eləcə də muzeylər, kitabxanalar, məktəblər dağıdıldı. Yaşayış binaları, müqəddəs yerlər, mədəni dəyərlər xarabalığa çevrilib”.

Adil Kərimli işğaldan azad edildikdən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu ərazilərin bərpası istiqamətində genişmiqyaslı tədbirlərin uğurla həyata keçirildiyinə diqqət çəkib.

“Xüsusilə qeyd etmək istərdim ki, işğaldan azad edilmiş ərazilərin bərpası konsepsiyası təkcə fiziki tikintini, dağılmış infrastrukturun və abidələrin yenidən qurulmasını deyil, həm də mədəni həyatın dirçəldilməsini əhatə edir”.

Nazir Laçın şəhərinə MDB-nin mədəniyyət paytaxtı statusunun verilməsinin böyük simvolik əhəmiyyəti olduğunu vurğulayıb.

“Biz münaqişədən sonrakı yenidənqurma mərhələsində olan şəhərə bu adın verilməsini dəstəkləyən Birlik ölkələrinin xoş niyyətini yüksək qiymətləndiririk. Biz bu seçimdə mədəniyyətin bütün proseslərdə mühüm rolunu dərindən dərk edirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam