Redaktor seçimi
AHİK-də daxili intriqalar pik həddə çatır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
Günün xəbəri

Nadir Qafarzadədən Vəfa Şərifova ilə bağlı İLGİNC ADDIM

 

Müğənni Nadir Qafarzadə bir müddət əvvəl tənqid etdiyi həmkarı Vəfa Şərifova ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Yenixeber.org xəbər verir ki, ifaçı toylardan birində onunla birgə səhnə aldığını və səsini bəyəndiyini deyib:

"Ötən gün Xaldanda bir toyda Vəfa Şərifova da iştirak edirdi. Vəfanın orada oxumasına şahid oldum. Və dedim ki, niyə də olmasın? Yaxşı ifadırsa, canlı oxuyursa, buna dəstək olmaq lazımdır. Dünən pis nəyinsə şahidi olmadım".

N.Qafarzadə V.Şərifova ilə toyda oxuduğu anları da sosial media hesabında yayımlayıb. Lakin o, daha sonra paylaşımlarını silib.

Qeyd edək ki, bir müddət əvvəl müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasında "Cənnətimsən" mahnısı üstündə qalmaqal yaşanmışdı. Qafarzadə buna münasibət bildirərək ifaçıların oxuduğu mahnını Azərbaycan musiqisi üçün utancverici adlandırmışdı. (Axşam.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam