Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yekaterinburqda yoxa çıxan Zahirəddin İbrahimov Bakıda – DTX-dən növbəti mühüm əməliyyat/FOTOLAR

 

Son günlərdə Ermənistan seqmentinə aid media qurumları Rusiya vətəndaşı Zahirəddin İbrahimovun DTX-nin əməliyyat tədbirləri ilə ələ keçirilərək Bakıya aparıldığını yayımlayır.

Yenixeber.org xəbər verir ki, Azərbaycandakı etnik azlıqların hüquqlarının müdafiəsi komitəsinin sədri kimi təqdim edilən Zahirəddin İbrahimov Yekaterinburq şəhərində yaşayıb, illər ərzində Ermənistanın paytaxtında təşkil edilən saxta tədbirlərdə Azərbaycan əleyhinə çıxışlar edib.

O, 2005-2020-ci illərdə Ermənistanda keçirilmiş qondarma konfranslarda Azərbaycan Respublikasının əleyhinə saxta ittihamlar səsləndirib qərəzli bəyanatlar verib, Azərbaycanda separatizmi alovlandırmaq məqsədilə Ermənistanın müvafiq strukturlarının tapşırıqlarını yerinə yetirib.

Bir müddət əvvəl məsələ ilə bağlı mətbuata açıqlama vermiş vəkil Səyyarə Əliyeva müvəkkili olduğu Z.İbrahimovun həqiqətən DTX-nin istintaq təcridxanasına yerləşdirildiyini təsdiq edib. Bildirib ki, Z.İbrahimov dindirilərkən Ermənistanla əlaqələrini və digər məsələləri etiraf edib.

Rusiya vətəndaşı olan Zahirəddin İbrahimovun ələ keçirilərək Azərbaycana gətirildiyi xüsusi əməliyyat tədbirlərinin detalları hələ ki ictimaiyyətə açıqlanmayıb.

Lakin onun da Ruben Vardanyan və Arayik Harutyunyan kimilərlə yanaşı DTX-nin istintaq təcridxanasında saxlanıldığı, Azərbaycanın ərazi bütövlüyü əleyhinə yönəlmiş cinayətlərə görə digərləri kimi cavab verəcəyi artıq məlumdur.

“Konstitusiya və Suverenlik İli” elan edilmiş 2025-ci ildə uzun müddət ərzində düşmən dövlətin separatizm təbliğatının əsas aləti olmuş Zahirəddin İbrahimovun ələ keçirilərək ölkəyə gətirilməsi dövlətimizin konstitusiya quruluşu və ərazi suverenliyi əleyhinə iş aparmağa cürət edən hər kəsə aydın bir mesajdır.

Məsələ ilə redaksiyamız DTX-nin Mətbuat xidmətinə sorğu ünvanlayıb. Mövzunu diqqətdə saxlayacağıq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam