Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Kann şəhəri kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qalıb

 

Bu gün səhər saatlarında Fransanın cənub-şərqindəki Sahilyanı Alp (Alpes-Maritimes) bölgəsində irimiqyaslı elektrik kəsilməsi baş verib və Kann şəhəri kinofestivalın bağlanış mərasimindən bir neçə saat əvvəl işıqsız qalıb.

Yenixebr.org xəbər verir ki, regionun qərb hissəsi irimiqyaslı elektrik enerjisi kəsintisi ilə üzləşib. Enerji xidmətləri fəsadların aradan qaldırılması üzərində işləyir. Səlahiyyətlilər vətəndaşları hərəkət zamanı diqqətli olmağa çağırıb.

KİV yazır ki, elektrik kəsintisi yerli vaxtla səhər saat 10 radələrində başlayıb. Qəzaya səbəb “Enedis” şəbəkəsindəki nasazlıq olub.

İnsident Kann Film Festivalına da təsir edib. Hadisə yerində olan jurnalistlərdən birinin verdiyi məlumata görə, yoxlama prosesi müvəqqəti olaraq dayandırılsa da, sonradan bərpa edilib. Təşkilatçılar Festivallar Sarayında film nümayişlərinin ehtiyat generator sayəsində davam etdirildiyini açıqlayıb.

Kann bələdiyyəsi enerji təchizatının gündüz saatlarında bərpa ediləcəyinə ümid edir. Enerji kəsintisinə görə işıqforlar işləmir, yollarda hərəkəti şəhər polisi tənzimləyir.

Şəhərdə internet də kəsilib. Məlumata görə, internet kəsintisi Kanndan 10 km aralıda yerləşən Antib şəhərini də əhatə edib. 

Kann Film Festivalının bağlanış və mükafatlandırma mərasimi bu gün axşam Festivallar Sarayında keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam