Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Qazaxda Xocalı rəzaləti

 

 

   "xeberinfo.com: Dünən Qazax rayon mərkəzində bir qrup QHT fəalı və müxalifət nümayəndəsi Xocalı qətliamını anmaq üçün  yürüş keçirmək istəyib. Yerli icra strukturları yürüşün təxminən 50 metr ərazidə keçirilməsinə razılıq verib.

Yürüş təşkilatçıları bununla razılaşıb və yürüşün sonunda rayon mərkəzinin gediş- gəliş sıx olan bir yerində Xocalı qətliamını əks etdirən 4*1 ölçüdə plakat asmaq istəyib.

Yürüşün sonuna planlaşdırılan plakat asmaq məqamında isə yürüş iştirakçıları problemlərlə üzləşiblər.

 Belə ki, Qazax Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən Nəbiyev bununçün heç bir köməklik etməyərək yalnız kənardan göstəriş verməklə məşğul olub. Plakatın asılması üçün isə adicə kəndir və yaxud məftil tapılmayıb. Uzun axtarışlardan sonar yürüş iştirakçıları özləri lazımi vasitələri tapıblar.

Amma indi də plakatı asmaq üçün minik vasitəsi yoxa çıxıb.

Qeyd edək ki, kəndir və məftil axtarışına başlanılırkən həmin ərazidə lazımi minik vasitəsi var idi və sonra “vacib” iş dalınca getdi.

    Məcbur qalan yürüş iştirakçıları nərdivan taparaq plakatı asmaq qərarına gəldilər.. Amma nərdivana dirəncək tapmaq problem yarandı.Bunun öhdəsindən gəlmək üçün yürüş iştirakçıları məcbur qalıb özləri nərdivana dirəncək oldular. Beləliklə tədbir başa çatmış oldu.

Rövşən Nəbiyev isə müxbirimizin “kəndir, minik vasitəsi niyə yoxdur” sualına kinayə ilə cavab verdi:

-Guya sən hamıdan ağıllısan dəə.

    Qeyd edək ki, vaxtilə ölkənin gündəmini dəyişmiş bayraq rəzaləti də Qazaxda baş vermişdi. Həmin vaxt Rövşən Nəbiyevin işçiləri Azərbaycan bayrağını traktorun çalovuna yığmışdılar.

  

 Onu da qeyd edək ki, Rövşən Nəbiyev “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub

 

 

Bəxtiyar


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam