Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Brent” neftinin qiyməti 2 %-dən çox aşağı düşüb

 

Neft bazarında qiymətlərin aşağı düşməsi bazar ertəsi sürətlənib.

Yenixeber.org xəbər verir ki, neft qiymətləri 2 %-dən çox aşağı düşüb.

Bakı vaxtı ilə saat 14:50-yə olan məlumata əsasən, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 1 barel üçün 66,34 ABŞ dolları təşkil edib. Bu, əvvəlki ticarətin bağlanışından 1,62 ABŞ dolları (2,38 %) azdır.

Nyu-York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin iyun fyuçerslərinin qiyməti bu vaxta qədər 1,59 ABŞ dolları (2,48 %) azalaraq 1 barel üçün 62,42 ABŞ dolları təşkil edib.

Ticarət müharibəsi nəticəsində dünya iqtisadiyyatının vəziyyətinin potensial pisləşməsi ilə bağlı treyderlər arasında narahatlıq bazara təzyiq göstərməyə davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam