Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

Onlar qəbul imtahanı üçün ödəniş etmirlər -SİYAHI

 

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə qeydiyyat başlayıb. Proses mayın 1-dək internet vasitəsilə aparılacaq. Qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 22-də keçiriləcək.

Yenixeber.org-un məlumatına görə, qəbul üçün ilk dəfə müraciət edənlər ödənişdən azaddırlar. Cari ilin məzunları ilk dəfə müraciət etdiyi üçün onlar qeydiyyat zamanı ödəniş etmirlər.

Ancaq ötən ilin məzunları artıq bir dəfə ali məktəbə qəbul üçün müraciət ediblərsə, onlar üçün bu proses ödənişli olacaq.

Qeyd edək ki, Tarif Şurasının qərarına əsasən, bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə qəbul imtahanının (I mərhələ) qiyməti 45 manatdır. 

İmtahanın ikinci cəhdində iştirak etmək istəyənlər isə 50 manat ödəniş etməli olacaqlar.

Aşağıdakı şəxslər hər iki cəhddə ödənişdən azaddırlar:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- şəhid ailəsinin üzvləri;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

- məcburi köçkün statusu olan şəxslər;

- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam