Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

“Körpü Bina Tikinti”nin layihəsində faciə -İşçi yük maşınının altında qalıb

“Körpü Bina Tikinti”nin layihəsində faciə - İşçi yük maşınının altında qalıb
Muğanlı-İsmayıllı-Qəbələ magistral avtomobil yolunun tikintisi zamanı ölüm hadisəsi baş verib.
Yenixeber.org: Layihə məşhur “Körpü Bina Tikinti” MMC tərəfindən icra edilir.
Layihənin icrası zamanı yük maşının aşması nəticəsində podratçı şirkətin əməkdaşı faciəli şəkildə dünyasını dəyişib.
Dünyasını dəyişən şəxs “Körpü Bina Tikinti” MMC ilə podrat müqaviləsi bağlamış şirkətin əməkdaşı Firavan Hacıbalayev olub.
“SHACMAN” markalı yük maşınının Etibar adlı sürücüsü tikinti yerinə çay daşı gətirən zaman maşınlardan yükün boşaldılmasına Firavan Hacıbalayev nəzarət edirmiş. Hadisənin baş verməsinə səbəb yükün boşaldıldığı ərazidə havanın yağışlı olması, torpaq səthinin yumşaq olması olub. Sürücünün idarəetməni itirməsi ilə yük maşını aşıb və Firavan avtomobilin altında qalaraq dünyasını dəyişib.
Sürücü Etibar baş verənlərə görə peşman olduğunu deyib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma; ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Mərhumun ailəsinə dəymiş zərər ödənilib və barışıq əldə edilib. Məhkəmənin hökmü ilə sürücü 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq olunaraq cəzası 2 il sınaq müddəti ilə şərti hesab edilib.(müsavat)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam