Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

32 yaşlı kişini güllələyən ANAMA əməkdaşı imiş-FOTO

 

Yevlaxda 32 yaşlı Əhməd Nəsibovun güllələnərək qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

Yenixeber.org xəbər verir ki, hadisəni törətməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Saleh Əliyevin ANAMA əməkdaşı olduğu məlum olub.

Bildirilib ki, o, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Şuşa düşərgəsinin Skaner və partlayış bölməsinin minaaxtaranı vəzifəsində çalışıb. Cinayətdə istifadə etdiyi “Makarov” markalı tapançanı da Qarabağda fəaliyyət göstərdiyi vaxt əldə edərək qeyri-qanuni olaraq özünə götürüb.

Araşdırmalar zamanı o da məlum olub ki, Salehin küçədə güllələyərək öldürdüyü Əhməd Nəsibov “TikTok” sosial şəbəkəsindən aktiv istifadə edibmiş. Onun bir neçə azyaşlıya qarşı qeyri-etik hərəkətlər və təkliflər etdiyi qeyd olunub.

Saleh Əliyev də qisas zəminində iş yerini tərk edərək Yevlaxa gedib və ictimai yerdə Əhmədi yaxalayaraq onun başından atəş açmaqla qətlə yetirib.

Şəki Ağır Cinayətlər Məhkəməsi S.Əliyevi Cinayət Məcəlləsinin 120.2.4, 221 və 228-ci (120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, xuliqanlıq, qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilib. Ona 17 il həbs cəzası verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam