Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Dövlət Xidməti: Kibertəhlükəsizlik sahəsində təhdidlər daha da mürəkkəbləşib

 

Son dövrlərdə kibertəhlükəsizlik sahəsində qarşılaşdığımız təhdidlər daha da mürəkkəbləşib və qlobal miqyasda yayılmağa başlayıb.

Yenixeber.org xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov təmsil etdiyi qurumun Bakıda keçirdiyi “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı”nda bildirib. 

O qeyd edib ki, artıq kibercinayətkarlar dövlət məlumatlarından və yaxud şəbəkələrindən çox fərdi istifadəçiləri hədəfə alırlar: "Belə təhdidlərin qarşısını almaq üçün daha sıx əməkdaşlıq, daha çox təcrübə mübadiləsi və maarifləndirməyə ehtiyac var. Yeni təhlükə tendensiyalarına diqqət etsək, müzakirə edilən məsələlər arasında dipfeyk kimi yeni kibertəhlükəsizlik çağırışları, DDOS hücumları, fişinq, sosial mühəndislik  ransomveyer kimi təhdidlər son dərəcə ciddi bir problem olaraq qalır. Bu kimi hücumlar sadəcə kiçik təşkilatlara deyil, həm də böyük təşkilatlara da öz təsirlərini göstərə bilir. Bütün bunlar göstərir ki, kibertəhlükəsizlik sahəsindəki təhdidlər təkcə texnoloji deyil, həm də sosial və siyasi müstəvidə öz geniş təsirini göstərir”.

“Süni intellekt kibertəhlükəsizlikdə həm böyük imkanlar təqdim edir, həm də yeni risklər yaradır. Süni intellektin informasiya təhlükəsizliyini təmin etmək üçün istifadə edilməsi, məlumat analitikası, anomaliya aşkarlanması və kiberhücumların erkən mərhələdə aşkar edilməsi kimi sahələrdə böyük irəliləyişlərə səbəb olub. Lakin süni intellektin həmçinin kiberhücumlarda istifadə olunması riski də mövcuddur. Kiberhücuma məruz qalan şəbəkələrə qarşı süni intellekt ilə həyata keçirilən hücumlar təhlükəsizlik tədbirlərini daha çətinləşdirir və mübarizəni daha da mürəkkəbləşdirir”,- deyə A.İsmayılov qeyd edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam