Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

"Enjoy Club"dan vəzifəli şəxslər qovulub -SƏBƏB

media-enjay
Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində (Tarqovı) yerləşən “Enjoy Club”dan vəzifəli şəxslər qovulub.
Yenixeber.org: Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları “Enjoy” gecə klubunda yanğın təhlükəsizliyi ilə bağlı planlı yoxlama keçirilib. Yoxlama zamanı klubun sahibi D.C. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının binaya daxil olmasına maneə törədib.
“Enjoy” klubunda planlı yoxlama zamanı sahibkar tərəfindən müvafiq sənədlər təqdim edilməyib, yaranan suallara yanlış cavablar verilib, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmayıb. Bu səbəbdən sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə “Enjoy Club”un sahibi 1000 manat məbləğində cərimə olunub. Həmçinin klubda planlı (növbəti) yoxlama keçirilməsi qərara alınıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və ya yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.(xalq.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam