Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

Gəncədə sinif rəhbəri şagirdi döyüb? - Açıqlama -FOTOLAR

gencede-sinif-rehberi-sagirdi-doyub

Gəncədə sinif rəhbəri 5-ci sinif şagirdini döyüb.

Yenixeber.org: Bu iddia ilə redaksiyamıza azyaşlının babası Ələddin Hüseynov müraciət edib.

Onun sözlərinə görə, hadisə Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdə baş verib. Ə. H. sinif rəhbəri, Cavid adlı müəllim tərəfindən döyülüb: “Bu, ilk hadisə deyil, daha öncə də nəvəm həmin müəllim tərəfindən döyülüb. Tualetdə “niyə direktora demisən?” söyləyərək uşağı bir daha döyüb. Başını bir neçə dəfə divara çırpıb. Uşaq əli üstə yerə yıxılıb və əli əzilib. Hazırda əlinə sarğı qoyulub. Uşaq bütün gecəni başının ağrısından dayana bilməyib. Səhəri gün məktəbə getdik, müəllimdən uşağı niyə vurmasının səbəbini soruşduq. Kollektivin qarşısında bizə “vurmuşam, yaxşı eləmişəm” dedi”.

Ə. Hüseynovun sözlərinə görə, nəvəsi insidentdən sonra məktəbə getməyib. Baş verən halla bağlı polisə məlumat verilib.

Sadalanan ittihamlarla bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, faktla bağlı araşdırma aparılıb: “34 nömrəli məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası ilə bağlı vətəndaş müraciəti edilib. Müraciət əsasında həm Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, həm də hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”.(“Qafqazinfo”)

Yunis Quliyev



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam