Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Güzəştlər azad edilmiş ərazilərdən kənarda peşə təhsili alanlara da şamil olunacaq

 

Güzəşt azad edilmiş ərazilərdə məskunlaşıb digər yerlərdə peşə təhsili almaq istəyənlərə də şamil olunacaq.

Yenixeber.org xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, istisnasız olaraq bütün əhaliyə münasibətdə işğaldan azad edilmiş ərazilərdə məskunlaşan şəxslər təkcə orada deyil, başqa ərazilərdə də peşə təhsilini pulsuz ala biləcəklər:

"Tutaq ki, şəxs Ağdam və ya Füzulidə məskunlaşıbsa, məsələn, Tərtərdə və ya Bərdədə peşə təhsili almaq istəyirsə, güzəştdən yararlana biləcək. Gələcəkdə digər güzəştlər də nəzərdə tutula bilər. Amma hələlik bu dəyişikliklər üç illik proqram üçün nəzərdə tutulub”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam