Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

3 gündür axtarılan 17 yaşlı oğlanın meyiti tapıldı- FOTO

Ağcabədidə itkin düşən 17 yaşlı oğlanın cəsədi tapılıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, fevralın 6-da Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində batmış 2008-ci il təvəllüdlü Həsənov Adil Əkbər oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, fevralın 4-də Ağcabədi şəhəri, Babək küçəsində yaşayan 1976-cı il təvəllüdlü Ə.Həsənov polisə müraciət edərək həmin gün övladı Adilin evdən çıxaraq geri qayıtmadığını bildirib. Araşdırma zamanı Adil Həsənova məxsus “Redmi” markalı mobil telefon Yuxarı Qarabağ kanalının kənarında tapılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam