Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yeni parlamentin ilk "davası"

 

Deputatın Rəsulzadəni təhqir etməsi bu gün parlamentdə müzakirə olunacaq ; Milli Məclisin komissiya sədri “od püskürdü”: “Nə qədər təhsilsiz, mədəniyyətsiz olasan ki, Rəsulzadəni düşmən adlandırasan”; vəkillər Naqif Həmzəyevi məhkəməyə verir; YAP-çı deputatı hansı cəza gözləyir... 

 

Xeberinfo.com:   Milli Məclisin Gəncədən seçilmiş deputatı Naqif Həmzəyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən olmuş Məhəmməd Əmin Rəsulzadə haqqında dediyi nalayiq fikirlər cəmiyyətdə etirazlar doğurub. YAP-çı deputatın AXC liderini vətən xaini adlandırması və onun həyat yoldaşı, qurduğu dövlət haqqında xoşagəlməz fikirlər səsləndirməsi bir neçə gündür sosial şəbəkələrdə ciddi müzakirə olunur. Bu fikirlərə görə hər kəs Naqif Həmzəyevi tənqid atəşinə tutub, qınayır.

 
 
Dünən xəbər verdiyimiz kimi, Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev modern.az-a açıqlamasında bildirib ki, bu gün məsələ parlamentdə müzakirə olunacaq. O bildirib ki, deputatın bu çıxışına siyasi deyil, insani qiymət verilməlidir.
“Bununla bağlı İntizam Komissiyasında deyil, Milli Məclisin  iclasında geniş müzakirə aparılacaq. Gəlib bu səviyyəyə qalxasan, deputat seçiləsən, millətin nümayəndəsi olasan, Azərbaycanın yeni tarixindən xəbərin olmasın?.. Demirik ki, Azərbaycanın min il bundan qabaqkı tarixini bilmirsən, dünən yaşadığımız tarixdən xəbəri yoxdur. Sən axı o cür kişini niyə elə adlandırırsan?.. Ona görə də hesab edirəm ki, buna əxlaqi qiymət vermək lazımdır”.
A.Abiyev deputatın səhv hərəkət etdiyini vurğulayaraq, onu orta məktəbdə keçilən tarixi bilməməkdə günahlandırıb:“Nə qədər təhsilsiz, mədəniyyətsiz olasan ki, müstəqil Azərbaycanın ilk sözünü deyən insanı  ”Azərbaycanın düşməni" adlandırasan. 
Heç bu sözü deməyə ermənin gücü çatmaz. Naqif Həmzəyev çox böyük səhv edib. Səhv deyilsə, bacardığı, bildiyi budursa, onda heç olmasa gedib ali məktəb dərsliyini demirəm, orta məktəb kitablarını oxusun. Azərbaycan tarixi orada da keçilir, tariximizlə tanış olsun. Məhəmməd Əmin Rəsulzadəyə ulu öndərimiz Heydər Əliyev yüksək qiymət verib. Ölkənin ən ağır, qorxulu vəziyyətində Azərbaycanın müstəqilliyi haqqında danışan, Azərbaycanın üçrəngli bayrağını qoruyan şəxsiyyətə sən hansı haqla “vətən xaini” deyirsən?.. Hesab edirəm ki, bu xoşagəlməz fikirlərə Milli Məclis mütləq qiymət verməlidir".
Bir sıra vəkillər N.Həmzəyevlə bağlı məhkəməyə müraciət edəcəklərini deyiblər. “Gəncədən deputat seçilən Naqif Həmzəyevin Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadəni təhqir etdiyi üçün yaxın günlərdə bir neçə vəkil onu məhkəməyə verəcək”-deyə, vəkil Adəm Məmmədov ANS-ə bildirib. Düzdür, qanuna görə, deputat parlamentdə dediyi sözlərə görə hüquqi məsuliyyət daşımır, bundan azaddır. Amma fakt budur ki, deputat Rəsulzadə haqqında parlamentdən kənarda danışıb. Deputat Fazil Mustafa da qəzetimizə açıqlamasında həmkarının dediklərinə görə məsuliyyətdən azad olmadığını vurğuladı. Bildirdi ki, deputat Milli Məclisdən kənarda dediyi sözə görə məsuliyyət daşıyır. Ancaq F.Mustafa deyir ki, məhkəmədənsə, ictimai qınaq daha güclü vasitədir: “Orda məhkəməyə zərurət yoxdur. İctimai qınaq bəzən məhkəmədən daha güclü silahdır. Məhkəməyə vermək lazım deyil. İctimai qınaq daha effektlidir”. 
 
 
M.Ə.Rəsulzadə irsinin digər araşdırmaçısı Nəsiman Yaqublu “Yeni Müsavat”a dedi ki, Rəsulzadəyə qarşı həqarətə yol verilməsi ilk dəfə deyil: “3-4 ay bundan əvvəl də Rəsulzadəyə qarşı Zahid Oruc tərəfindən başqa formada fikirlər səslənmişdi. Ondan əvvəl də bənzər hallar olmuşdu. Azərbaycan dövlətini sevmək, bu dövləti quran şəxsləri dəyərləndirmək mənəvi məsələdir. Rəsulzadəyə qaşı münasibət siyasi-hüquqi müstəviyə keçməkdədir, amma hər şeydən əvvəl bu, mənəvi məsələdir. Hər bir vətəndaş öz dövlətinin tarixini bilməli və dəyərləndirməli, sevməlidir. Bu dövləti quran şəxsiyyətləri də dəyərləndirməyi bacarmalıdır. Əgər bunu bacarmırsa, onun vətəndaş olmaq hüququ, vətəndaş adını daşımaq haqqı da yoxdur. Milli Məclisin deputatının Rəsulzadə haqqında dedikləri ciddi şəkildə müzakirə edilməli və bu adam öz dediyi sözlərin məsuliyyətinə varmalıdır”. 
 
N.Yaqublu hesab edir ki, məsələ kompleks yanaşma tələb edir: “Bəlkə bir qanun qəbul etmək, yaxud qanunvericiliyə dəyişiklik etmək lazımdır ki, dövləti quran şəxsiyyətlərə münasibət tənzimlənsin. Hər kəs bilməlidir ki, bu insanlara qarşı aşağılayıcı fikir işlətmək olmaz! Eks-prezidentlərin statusu haqqında qanuna bənzər bir qanun qəbul edilməlidir ki, bu insanlara qarşı hər yoldan ötən adam ağlına nə gəldi, danışmamalıdır”. N.Yaqublu bildirdi ki, məsələnin məhkəmə müstəvisində çözülməsi çıxış yolu deyil: “Bu, məhkəməlik məsələ də deyil. Dövlətin ali qanunverici orqanında həll ediləsi məsələdir ki, bu dövləti yaradanlara münasibət necə olmalıdır. 1995-ci ildə də Rasim Ağayev Rəsulzadəni təhqir etmişdi, biz onda məhkəməyə müraciət etmişdik. Mən onda ictimi vəkil olaraq çıxış edirdim. Lakin müraciətin hər hansı nəticəsi olmadı. Türkiyədə Atatürkə necə yanaşılırsa, Rəsulzadəyə də Azərbaycanda o cür yanaşılmalıdır. Kompleks tədbirlərə ehtiyac var. Hər dəfə məhkəməyə müraciət etməyəcəyik ki, bu məsələ hüquqi müstəvidə, qanunvericilik müstəvisində birdəfəlik həllini tapmalıdır”. 
 
Hesab olunur ki, N.Həmzəyevin dediklərini etiraf edərək xalqdan üzr istəməsi isə məsələyə nöqtə qoya, məhkəməyə müraciətlərin təxirə salınmasına səbəb ola bilər...
Bu arada politoloq Hikmət Hacızadə yeni təkliflə çıxış edib. “Mən isə təklif edirəm ki, Gəncədə Məhəmməd Əminin büstündən torbanı götürmək haqqında petisiyaya imza ataq!”-H.Hacızadə sosial şəbəkədə yazıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam