Redaktor seçimi
Günün xəbəri

Bələdiyyə seçkilərində 16 174 nəfərin namizədliyi qeydə alınıb

 

Bələdiyyə seçkilərində 16 min 174 nəfərin namizədliyi qeydə alınıb.

Yenixeber.org xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında məlumat verib.

Onun sözlərinə görə, namizədlər 23 siyasi partiyanı təmsil edirlər:

"Onlardan 8 min 429 nəfəri siyasi partiyanın nümayəndələridir".

MSK sədri bildirib ki, bu gün təşviqat prosesi başlayıb:

"İndi əsas diqqətimizi təşviqat prosesinə yönəltmişik. Çalışmalıyıq ki, proseslər qanuni çərçivədə davam etsin".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam