Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

Sabah Xocalıya növbəti köç olacaq -119 nəfər doğma yurduna qayıdır

 

Xocalı rayonunun Ballıca kəndinə ikinci köç olacaq.

Yenixeber.org xəbər verir ki, köç sabah - dekabrın 27-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində baş tutacaq. Sabah Ballıca kəndinə 21 ailənin yəni 119 nəfərin köçürülməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər 32 ildən sonra ilk dəfə olaraq hər iki bayramı öz doğma torpaqlarında qeyd edəcəklər. 

Böyük qayıdışla bağlı kənddə bütün infrastruktur yenidən qurulub. Kənd elektrik enerjisi, içməli su, təbii qaz və sürətli internetlə təmin olunub.

Ölkənin müxtəlif ərazilərində çətin şəraitdə  müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlər kəndə yola salınacaq. 

Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Kənd 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.

Xatırladaq ki, artıq 27 ailə - 152 nəfər Xocalı rayonunun Ballıca kəndinə köçürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam