Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Eldar Mahmudovu qoruyan “sehrli əl”

 

«Delta Telekom»un baş direktorunun müsahibəsi niyə «yox»a çıxdı?

Xeberinfo.com:   “Delta Telekom”un baş direktoru Ramazan Vəliyevin müsahibəsinin ANS-in saytından və digər xəbər portallarından silinməsi müxtəlif mülahizələrə səbəb olub. Qeyd edək ki, Ramazan Vəliyev ANS-ə müsahibəsində noyabrın 16-da Delta Telekomda baş vermiş yanğından sonra Azərbaycanın bir neçə saat internetsiz qalmasından, müəssisədə MTN-in xüsusi qurğu yerləşdirməsindən və bəzi maliyyə mənimsəmələrindən danışıb.

O, açıqlamasında keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovu ittiham edib. Ramazan Vəliyev bildirib ki, Eldar Mahmudov ölkə başçısı Ilham Əliyevin adından onlara göstəriş verib: “Şəxsən özü (Eldar Mahmudovu nəzərdə tutur) mənə bildirdi ki, avadanlıq quraşdırılmalıdır. Biz bilirik ki, Avropa oyunlarında müxtəlif terror hadisələri gözlənilir və mən cənab prezidentə məruzə etmişəm, avadanlığın quraşdırılması üçün şərait yaratmağa borclusuz və hətta oradakı 1 milyon 700 min ABŞ dolları dəyərində olan əlavə avadanlıqlar operatorlar tərəfindən alınacaq. Bunların hamısı sizin tərəfinizdən təmin olunmalıdır və bu, cənab prezidentin göstərişidir. Bunu da mən yenə bizə lisenziya verən təşkilata məruzə etdim ki, vəziyyət bu yerdədir. Yəni artıq cənab prezidentin adı ilə bizə göstəriş gəlir ki, bu qoyulmalıdır”.

Yanğın da məhz həmin avadanlığın quraşdırıldığı otaqda baş verib. Bu baxımdan “internet şoku”nun “MTN işi” arasında əlaqə olması barədə əsaslı şübhələr var. “Azadlıq” hələ bu hadisə baş verən zaman olayın “MTN işi” ilə əlaqəli olduğu barədə iddiaların olması barədə məlumat yaymışdı. Həmin məlumatda bildirilirdi ki, “Delta Telekom” prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun nəzarətindədir. Bəylər Əyyubov isə “MTN işi” ilə bağlı keçirilən əməliyyatlara şəxsən rəhbərlik edir. Bu baxımdan belə ehtimallar var ki, “internet şoku” Bəylər Əyyubova qarşı təxribat ola bilər.

Şübhəsiz Ramazan Vəliyevin də Eldar Mahmudovu ittiham etməsi özfəaliyyət deyil. “Delta Telekom”un baş direktorunun icazəsiz bu cür açıqlama verməsi inandırıcı görünmür.

Lakin sonradan onun müsahibəsinin “yox”a çıxması isə onu göstərir ki, hakimiyyətdə hansısa qrup naməlum səbəbdən Eldar Mahmudovun “vurulmasında” maraqlı deyil. Keçmiş MTN şefinin indiyə qədər həbs olunmaması da hansısa güclü qüvvənin onu himayə etdiyini göstərir.

Eldar Mahmudovun “cənab” hobbisi

Bu arada moderator.az saytı “MTN işi” ilə bağlı maraqlı məlumat yayıb. Məlumatda deyilir ki, MTN-in sabiq rəhbəri Eldar Mahmudov nazir olaraq ona xitabən yazılan ərzilərdə “cənab” ifadəsinin yer alıb-almamasına xüsusi diqqət yetirib, bununla bağlı qeyri-qanuni tələb irəli sürüb: “Eldar Mahmudov tabeçiliyindəki şəxslər qarşısında bir sıra qanunsuz tələblər qoymuşdu ki, bu tələblərdən biri də istənilən məsələ ilə bağlı MTN rəhbəri kimi ona ünvanlanan müraciətlərdə ”cənab” ifadəsinin yer almasının vacibliyi ilə bağlı idi. Belə ki, nazirliyin hər hansı əməkdaşının Eldar Mahmudovun adına yazdığı müraciətdə sabiq MTN rəhbərinə sadəcə rütbəsi ilə xitab olunduğu halda həmin ərizə geri qaytarılır, ora “cənab” sözü əlavə ediləndən sonra qəbul edilirdi. Halbuki, MTN rəhbərinə ünvanlanan rəsmi müraciətdə “cənab” sözünün yer alması qəbul edilmiş protokol qaydalarına görə yolverilməzdir və müraciətdə məlum ifadənin yer alması bu qaydaların pozulması deməkdir”.

Mənbənin sözlərinə görə, Eldar Mahmudovun “cənab” ifadəsinə həssaslığı ifrat dərəcədə olub və sözün həqiqi mənasında hobbi səviyyəsinə yüksəlib. Belə ki, sabiq nazirin bu hobbisi MTN-də hər kəsə bəlli olduğundan idarə daxilində Eldar Mahmudov haqqında “nazir”, “general-polkovnik” ifadələri deyil, məhz “cənab” ifadəsi işlədilib.

Mənbə “MTN işi” çərçivəsində Eldar Mahmudovun sadəcə vəzifə və milyonlarından deyil, eləcə də hobbisindən məhrum olduğunu bildirib. Çətin ki, Eldar Mahmudovun əsir statusuna bənzər indiki azadlığında və qarşıdakı həbsxana həyatında kimsə ona bir də “cənab” deyə müraciət etsin.

Rabitə Nazirliyində böyük qalmaqal: məcburi istefa ərizələri yığılır

Eldar Mahmudovun milli təhlükəsizlik naziri postundan çıxarılmasından sonra bu nazirliklə yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də çox sayda yüksək rütbəli məmuru işdən çıxarıldı və həbs edildi. Buna səbəb həmin şəxslərin sabiq MTN şefi və adamlarının yaratdığı qeyri-qanuni qruplaşma ilə əməkdaşlıq edərək ciddi qanun pozuntularına yol vermələri oldu.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslər nazir Əli Abbasovun işdən çıxarılması ilə nəticələndi. Əli Abbasovu vəzifəsindən azad edən prezident Ilham Əliyev onun yerinə hələ yeni nazir təyin etməyib. Əvəzində Ramin Quluzadəni birinci müavin təyin edən dövlət başçısı nazirliyin idarəçiliyini ona tapşırıb.

Yeni nazirin kimliyi qeyri-müəyyən olaraq qaldığı bir vaxtda Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən qəribə məlumatlar gəlir. Qaynar.info-nun əldə etdiyi məlumata görə, nazirlikdə bütün dövlət qulluqçularına məcburi şəkildə işdən çıxmaqla bağlı ərizələr yazdırılır. Amma istefa ərizələrinə tarix yazmırlar. Son məlumata görə, artıq 90 nəfər belə ərizəni yazıb.

Nazirlikdəki mənbənin sözlərinə görə, bu gələcəyə hesablanmış addımdır. Yəni qarşıdakı günlərdə hansı məmuru işdən çıxarmaq istəsələr, istefa ərizəsinə ehtiyac qalmayacaq. Həmin ərizələrin üzərinə tarix qoyub qəbul edəcəklər. Məhz bu səbəbdən məcburi şəkildə yazdırılan ərizələrə tarix qoyulmur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam