Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Eldar Mahmudovu “KQB”yə nə vaxt cəlb ediblər?

eldartTəhlükəsizlik üzrə ekspert keçmiş MTN şefi barədə agent iddiasını şərh edir

Xeberinfo.com:  Təhlükəsizlik üzrə ekspert Ilham Ismayıl keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun “KQB” agenti olması barədə iddiaya münasibət bildirib. Qeyd edək ki, Eldar Mahmudovun “KQB” agenti olması barədə iddia ilə jurnalist Eynulla Fətullayev müəllif yazısında çıxış edib.

Jurnalist qeyd edir ki, Eldar Mahmudov 1982-ci ildə “KQB” ilə könüllü əməkdaşlığa başlayıb: “O, ”Dağsiçanı” agentura ləqəbi ilə fəaliyyət göstərib. Yəqin ki, bu işində “Dağsiçanı” çox cidd-cəhdlə çalışıb, çünki xüsusi xidmət orqanlarına işləməyə başlayandan dərhal sonra o, yəni Eldar Mahmudov xidməti pilləkənlə sürətlə yuxarı qalxmağa başlayır – onu Azərbaycan SSR DIN-in 5-ci şöbəsinin (nəzarət xidməti!) baş müfəttişi təyin edirlər.

Daha bir müddət sonra SSRI “KQB”dəki kuratorlarının dəstəyi ilə Eldar Mahmudov Bakının Kirov rayonunun milis şöbəsində operativ işə keçirilir. Rusiya xüsusi xidmət orqanlarının arxivləri cuğul Mahmudovun raportları və “donos”ları ilə doludur. Mümkün hal kimi qiymətləndirirəm ki, SSRI dağıldıqdan sonra SSRI “KQB”nin xələfinin – Rusiya xüsusi xidmət orqanının nəzarətinə keçmiş Eldar Mahmudov xidməti pilləkəndə daha bir yüksəlişə nail olur – SSRI DIN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Regionlararası Idarəsində vəzifə sahibinə çevrilir. Bu faktları heç kim, o cümlədən Eldar Mahmudov da inkar edə bilməz”.

Ilham Ismayıl isə “Yeni Müsavat”a deyib ki, Eldar Mahmudovun barəsində yazılan iddialarda doğruluğunu şübhə altına alan məqamlar var: “Eldar Mahmudovun ”KQB” agenti olması iddiasına şübhə etmək üçün çox ciddi əsaslar var. Yazılanlar dəqiqdirsə, bu adamın o dövrdə “KQB” ilə əməkdaşlığa cəlb olunması yalandır. Yazırlar ki, Eldar Mahmudov 1982-ci ildə “KQB”yə agent kimi cəlb olunub. Əvvəla, milis işçilərinin “KQB”yə agent kimi cəlb olunması 1984-cü ildən başlayıb. Yuriy Andropov SSRI-nin rəhbəri olandan sonra, 1983-cü ildə ?KQB?də milisə nəzarət üçün xüsusi şöbə – 3-cü şöbəni yaratmışdı. 1984-cü ildən başlayaraq, Daxili Işlər Nazirliyi əməkdaşlarını agent kimi əməkdaşlığa cəlb etməyə başladılar. Iddiada göstərildiyi kimi, 1982-ci ildə belə bir hal yox idi. Eldar Mahmudovun “KQB”yə sovetlər dönəmində cəlb olunmağına inanmıram. Mümkündür ki, onu müstəqillik dövründə cəlb ediblər. Ümumiyyətlə isə Eldar Mahmudovu “OBXSS” işçisi, polis olduğuna görə milli təhlükəsizlik naziri təyin etmək olmazdı. Bu şəxsin təyinatından əvvəl agent olub-olmamasını Milli Təhlükəsizlik Nazirliyi vasitəsilə yoxlaya bilərdilər. Qaldı ki, Eldar Mahmudovun “KQB”nin varisi olan Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlığına, bunu əlbəttə ki, həmin qurum açıqlamazdı. Çünki maraqlı olardılar ki, milli təhlükəsizlik naziri postuna uyğun olmayan adam bu posta təyinat alsın. Daim onlar işləsin, onların maraqlarından çıxış etsin”.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam