Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməyə hazırıq -Gürcü deputat

Azərbaycanın ilk parlamenti ölkədə parlamentarizm ənənəsinin formalaşmasında və ümumilikdə Azərbaycan Respublikasının inkişafında əhəmiyyətli rol oynayıb. Fəaliyyət müddətinin qısa olmasına baxmayaraq, ilk parlament mühüm qanunvericilik qərarlarının qəbuluna nail olub. 1918-ci ildən sonra Azərbaycanın qanunverici orqanı bir çox çətinlik və dəyişikliklərdən keçib, lakin bu gün artıq bir əsrdən çoxdur ki, ölkənin siyasi, iqtisadi və sosial tərəqqisinə böyük töhfə verməkdə davam edir.

Yenixeber.org xəbər verir ki, bu fikirləri Gürcüstan parlamentinin İnsan Hüquqları və Vətəndaş İnteqrasiyası Komitəsinin sədr müavini Savalan Mirzəyev dekabrın 7-də Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı ifadə edib.

Savalan Mirzəyev Gürcüstan və Azərbaycan arasındakı tarixən möhkəm dostluq və səmərəli əməkdaşlığın davam etdiyini vurğulayaraq deyib: “Ortaq tariximiz və qarşılıqlı hörmətimiz, eyni zamanda, regional sabitlik və rifahın təmin edilməsi arzusu ölkələrimiz arasında əlaqələri daha da gücləndirir. Parlamentlərarası münasibətlərin inkişafında müsbət dinamikanı xüsusi qeyd etmək istəyirəm. Həm parlament sədrləri, həm də komitələr və dostluq qrupları arasında sıx əməkdaşlıq mövcuddur. Biz, ölkələrimiz arasında strateji tərəfdaşlığı daha da dərinləşdirməyə və regional təhlükəsizliklə əlaqələrin inkişafı istiqamətində birgə işimizi davam etdirməyə tam hazırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam