Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

GCF: Effektiv və inklüziv miqyasda uyğunlaşmanın əldə edilməsi çox vacibdir

 

Effektiv və inklüziv miqyasda uyğunlaşmanın əldə edilməsi çox vacibdir.

Yenixber.org xəbər verir ki, bunu Yaşıl İqlim Fondunun (Green Climate Fund - GCF) rəsmisi Açala Abeysinqh COP29 çərçivəsində təşkil olunmuş “Milli Adaptasiya Planlarının hazırlanması və icrasında irəliləyişlər: Adaptasiya tədbirlərinin sürətləndirilməsi” adlı tədbirdə bildirib.

O qeyd edib ki, milli adaptasiya planlaşdırması (NAP) ölkələrin milli inkişaf prosesinə birbaşa bağlı olan strateji planlaşdırma prosesidir: “100-dən çox ölkə Yaşıl İqlim Fondundan dəstək üçün müraciət edib, artıq 100-dən çox qrant milli uyğunlaşma planlaşdırması üçün təsdiqlənib. Bu günə qədər 16 milli adaptasiya planı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (UNFCCC) təqdim olunub. Bu il NAP-ını təqdim edən Azərbaycan hökumətini təbrik edirik. Ölkələrin NAP-larını 2025-ci ilə qədər təqdim etmələri üçün çağırış edilib və bu prosesdə onlara lazımi dəstək göstərilir”.

A.Abeysinqh əlavə edib ki, planlaşdırma və icra NAP prosesində dinamik bir mərhələ təşkil edir: “Dəyişən iqlim qarşısında ölkələrin uyğunlaşma üzrə prioritet tədbirlərini planlaşdırmasına və həyata keçirməsinə kömək etmək üçün səyləri artırmağa davam etməliyik. Bu nöqtədə ABŞ hökumətinə təşəkkür etmək istəyirəm. Onlar NAP Qlobal Şəbəkəsinə uyğunlaşmaq məqsədi ilə ölkələrə investisiya planlarını hazırlamaqda dəstək olmaq üçün qrant ayırıb. Bununla yanaşı, digər dəstəkçiləri də bu prosesə cəlb etməyə çalışırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam