Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Adnan Əhmədzadə yenə qabağa düşdü -VİDEO

Məşhur braziliyalı keçmiş futbolçu Ronaldinyo Qauço noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.
Yenixeber.org: Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və digər rəsmi şəxslər qarşılayıblar.
Onların arasında SOCAR-ın sabiq vitse-prezidenti Adnan Əhmədzadə də yer alıb.
Bu da təsadüfi deyil. Vaxtilə PSJ, «Barselona» və «Milan» kimi Avropanın böyük klublarının formasını geyinmiş hücumçumuzun ölkəmizə səfərini məhz Əhmədzadə təşkil eləyib.
Kadrlara diqqət yetirincə, bilmək olur ki, onun Ronaldinyo ilə münasibətləri necə yaxındır. O, əsl ev sahibi kimi təyyarəyə qalxır və aşağı enir, mötəbər qonağa istiqamət verir.
Doqquz il öncə «Qəbələ»nin ovaxtkı prezidenti Tale Heydərovun dəvəti ilə ilk dəfə respublikamıza ayaq basmış Ronaldinyonun Əhmədzadə ilə əlaqələri daha sıxdır.
Neft şirkətindən ayrılandan sonra biznes dünyasına atılan Əhmədzadə Avropa və Asiyada böyük ticarət şəbəkəsi qurub.
İdman aləmi onu daha çox Lionel Messinin dostu kimi tanıyır. Argentinalı hücumçu ilə illərdir ailəvi münasibətlər saxlayan Adnan bəyin «Barselona»nın prezidenti Xuan Laporta ilə yaxınlığı da heç kimə sirr deyil.
İş adamı son vaxtlar Azərbaycanın daxili futbol həyatına da nüfuz edib.
Onun maliyyələşdirdiyi ASTA uşaq və yeniyetmə futbolçuları İspaniyaya - yerli «Marset» akademiyasına yerləşdirməklə məşğuldur.
Həmçinin kurasyiasındakı şirkət «Neftçi» və «Zirə» ilə əməkdaşlıq müqaviləsi imzalayıb.(demokrat.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam