Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

 Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəricilər AÇIQLANDI

OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
Bu ilin oktyabr ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 482 min barel səviyyəsində olub, bu da sentyabr ayının göstərici ilə müqayisədə 7 min barel azdır.

Yenixeber.org: Bu barədə məlumat Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında yer alır.

Hesabata əsasən, qeyd olunan göstərici cari ilin iyul ayında 487 min barel, avqust ayında – 482 min barel, sentyabr ayında isə 489 min barel təşkil edib.

Sənəddə bildirilir ki, bu ilin üçüncü rübündə Azərbaycanda ortalama gündəlik neft hasilatı 486 min barel, ikinci rübündə 475 min barel, birinci rübündə isə 477 min barel təşkil edib.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.


Beləliklə, Azərbaycan oktyabr ayında "OPEC+" çərçivəsində kvotasından 69 min barel geridə qalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam