Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Bu Dövlət Agentliyində pozuntular aşkarlandı

 

Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində pozuntular aşkarlayıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Hesablama Palatasından bildirilib.

Qeyd olunub ki, aparılmış auditlə Agentliyin funksional fəaliyyətini yetərli tənzimləyən, gəlir və xərclərini təsdiqləyən hüquqi aktın olmaması, tabeliyində və strukturunda olmayan qurumlara vəsaitlərin xərclənməsi, sığorta vəsaitlərinin bir hissəsinin digər məqsədlərə yönəldilərək təyinatı üzrə istifadə edilməməsi, dövlət əmlakı barədə səlahiyyətsiz sərəncam verilməklə tibbi sığorta vəsaitləri hesabına əsas vəsaitlər alınaraq və ya əsaslı vəsait qoyuluşu hesabına tikilməli olan tikinti obyektinə vəsait xərclənərək formalaşmış aktivlərin qanunsuz olaraq digər qurumun balansına və istifadəsinə verilməsi halları müəyyən edilib.

Bununla yanaşı, tibbi-iqtisadi ekspertiza üçün müəyyən edilmiş tələblər pozularaq müvafiq vəzifələrə tələbləri ödəməyən şəxslərin işə götürüldüyü, tibbi-iqtisadi ekspertizanın düzgün aparılmadığı və göstərilmiş tibbi xidmətlərin dəyərindən artıq vəsaitin ödənildiyi, donor saylarının artıq göstərilərək artıq vəsait alındığı, hesabat təqdim edilmədiyi halda tibb müəssisələrinə vəsaitlərin köçürüldüyü, digər qurum və hüquqi şəxs tərəfindən alınmış avadanlıqların əlavə dəyər vergisinin, habelə tibbi məhsulların və avadanlıqların, xidmətlərin dəyərinin tibbi sığorta vəsaitləri hesabına ödənildiyi, vergi öhdəliklərinin vaxtında icra edilmədiyi, işçilərlə hesablaşmalarda artıq ödənişlərə yol verildiyi, eləcə də bir sıra digər hüquq pozuntularına yol verilməsi ilə müşayiət olunan tapıntılar aşkar edilib.

Palatada keçirilən kollegiya müzakirəsinin yekununda yüksək məbləğlərlə ifadə olunan və müvafiq hüquqi məsuliyyətə səbəb olan pozuntulara yol verilməsi halları nəzərə alınaraq, auditin nəticəsi barədə materialların aidiyyəti üzrə müvafiq hüquq-mühafizə orqanına göndərilməsi haqqında qərar qəbul edilib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam