Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Məcburi köçkün “QaçqınKom”un qarşısında aksiya keçirdi

 

   
     "xeberinfo.com": Ağdamdan məcburi köçkün Nəcibə Cəfərova 3 ailə üzvü ilə fevralın 20-də ev əşyalarını Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin qarşısına tökərək etiraz aksiyasına başlayıb.
    Nəcibə Cəfərova belə bir addım atmasını yaşadığı mənzilin kirayə pulunu verə bilmədiyi ilə əsaslandırıb. “Mən dəfələrlə Qaçqınkoma müraciət edib 100 manat pensiya ilə həm dolanmaq, həm də kirayə pulunu verə bilmədiyimi demişəm. İndi gəlmişəm komitədən sığınacaq istəyirəm. Mənə deyilir ki, qaçqınlar üçün evlər tikilir, gözlə, bəs o evlər tikilənə qədər harada qalım, necə qalım. Mən 100 manat pensiya ilə kirayəni necə ödəyim, necə dolanım. Ona görə ev əşyalarımı gətirib bura tökmüşəm və sığınacaq istəyirəm”.
     Bir qədər sonra Komitə nümayəndələri Ağdamdan olan məcburi köçkün ailəsini qəbul ediblər. Görüşdən çıxandan sonra Nəcibə Cəfərovanın dediyinə görə, onlara deyilib ki, Ağdamın Quzanlı kəndində qaçqınlara tikilən evlər hazır olana qədər ailəyə kirayə pulu veriləcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam