Redaktor seçimi
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Sumqayıt "qohum-əqrəba" şirkətlərin yaşıllıq meydanına çevrilib-
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Günün xəbəri

Mərkəzi Univermaqda qızıl satmaq istəyənlərin başına iş gəldi-FOTO

Mərkəzi Univermaqda qadın satıcı müştərilərin qızıllarını ələ keçirməkdə ittiham edilir. 

Yenixeber.org məlumatına görə, cinayətin üstü aldadılan şəxslərin polisə müraciətindən sonra açılıb.

İstintaq materiallarında yazılıb ki, Mərkəzi Univermaqda satıcı işləyən 31 yaşlı Günay Muradəliyeva üç nəfərdən satış üçün götürdüyü qızılları “Yetər” MMC adı ilə fəaliyyət göstərən lombarda və banklardan birinə girov qoymaqla külli miqdarda pul götürüb. Həmin pulları öz şəxsi məqsədləri üçün sərf edib.

Üç zərərçəkmişin Günaya etibar etdikləri qızılların ümumi məbləği 103 min manat qiymətləndirilib.

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqla Günay Muradəliyeva dələduzluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib. 

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat şöbəsində davam edən istintaq müddətində zərərçəkmiş şəxslərə dəymiş ziyanın yarısından çoxu ödətdirilib. Bu səbəbdən onun həbsinə ehtiyac görülməyib.

Sonradan G.Muradəliyevanın əməli dələduzluqdan mənimsəmə cinayətinə tövsif edilib. İşin istintaqının davamı Səbail Rayon Prokurorluğuna həvalə edilib. Təqsirləndirilən şəxsə yekun ittiham edilərək toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim xanım müttəhimin sərbəst mühakimə edilməsinə qərar verib.(Qafqazinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam