Metro işçiləri tətil edəcək -SƏBƏB
London Metropoliteninin işçiləri maaş mübahisəsi ilə bağlı noyabrda tətilə çıxacaqlar.
Yenixeber.org: Bu barədə “Aslef” həmkarlar təşkilatı məlumat yayıb. Bildirilib ki, qatar maşinistləri ilə yanaşı təlimatçılar, idarəetmə xidmətində çalışan işçilər və mühəndislik bölməsinin əməkdaşları də tətil edəcəklər.
Maşinistlər və idarəetmə heyəti 7 və 12 noyabr tarixlərində, mühəndislik bölməsində çalışanlar isə 1 noyabrda 24 saatlıq tətil keçirəcəklər.
London Nəqliyyat İdarəsi tətil qərarını "məyusedici" adlandırıb, lakin həmkarlar təşkilatları ilə danışıqların davam etdiyini qeyd edib.