Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Külli miqdarda dövlət əmlakı yandı -Cinayət işi açıldı

 

"Şərur Sənaye Mərkəzi” publik hüquqi şəxsin bitki yağları istehsalı müəssisəsinin anbarında sentyabrın 25-də baş vermiş yanğınla bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda araşdırma aparılıb.

Yenixeber.org: Bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat  yayıb.

Araşdırmalarla müəyyən edilib ki, külli miqdarda dövlət vəsaiti hesabına alınan bitki yağları xammalı qüvvədə olan normativ sənədlərin tələblərinə riayət edilmədən anbara toplanıb, saxlanma şəraitinin düzgün təmin edilməməsi və digər pozuntular nəticəsində xammal qida məhsulu kimi yararsız hala düşüb, sonrakı mərhələdə isə tüstülənmə və yanmaya məruz qalıb, nəticədə isə külli miqdarda dövlət əmlakı məhv olub. 

Baş vermiş hadisə ilə əlaqədar vəzifəli şəxslərin işə vicdansız və laqeyd münasibətləri nəticəsində dövlətin qanunla qorunan mənafelərinə külli miqdarda zərər vurulmasına əsaslı şübhələr əldə edildiyindən fakt üzrə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətin törədilməsində təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində istintaq davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam