Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Akkord”un qarşısında etiraz aksiyası

 

“Yığışmışıq şirkətin baş ofisinin qarşısına… Dedilər, gəlin, pullarınız veriləcək. Səhər saat 8-dən burdayıq. Heç kəs qarşımıza çıxmır”

Xeberinfo.com:   Məlumata görə, “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyasının Ağa Nemətulla küçəsində yerləşən baş ofisinin qarşısına 60 nəfərə yaxın keçmiş fəhlə toplaşaraq 3 ilə yaxındır yığılıb qalmış maaşlarını tələb edib.

Fəhlə Dilqəm Məmmədov AzadlıqRadiosunun “Qaynar xətt”inə deyir ki, Şəmkirdə su, kanalizasiya sisteminin qurulması layihəsində çalışıb. Layihəyə onun şəxsi texnikası da cəlb olunub. Hazırda şirkətdən 15 min manat alacağı var.

“Ayın 18-də gəldik, dedilər gedin, 2 gündən sonra gəlin. Gəlmişik, qabağa bir adam çıxmır. Bizimsə buradan tərpənmək fikrimiz yoxdur. Evdə xəstə, ac uşaqlar qoyub gəlmişik”.

Aqil Dadaşzadə:

“3 ildir süründürürlər. Elə ay, həftə yoxdur ki, bura gəlməyək. İnsafları olsun, hər dəfə yola xərc çəkib boş-boşuna gəlib gedirik. Bu gün də ümidlə gəlmişik. Saat 5-in yarısıdır. Bir azdan da deyəcəklər işçilər çıxıb getdi, dağılışın”.

Aqil Dadaşzadə deyir, şirkətin Şəmkir layihəsində iş icraçısı işləyib. İşdən 1 il 6 aydır çıxıb, ancaq şirkət ona olan 1650 manat borcu hələ də ödəməyib.

Fəhlələrin şikayətlərini şirkətin mətbuat xidmətinin rəhbəri Bəhruz Əliyevə çatdırdıq. Təqribən 15 dəqiqə sonra fəhlələr zəng vurub bildirdilər ki, pullarının müəyyən hissəsi artıq onlara ödənilib.

Şirkətin mətbuat xidmətinin rəhbəri Bəhruz Əliyev AzadlıqRadiosuna bildirib ki, müraciət edənlər şirkətin yox, Şəmkir layihəsində şirkətlə çalışan “SP Euro Saldo” subpodratçı şirkətin işçiləri olub:

“Akkord”un bilavasitə onlar qarşısında heç bir öhdəliyi yoxdur. Buna baxmayaraq, Korporasiya onların durumunu nəzərə alaraq problemin həll edilməsi üçün addım atıb və onlara müəyyən məbləğdə pulun ödənilməsini təmin edib”.

Bəhruz Əliyev bildirib ki, hazırda hər hansı bir narazılıq yoxdur. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam