Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

15 yaşlı Sevincin qətlində şübhəli bilinirdi, meyiti tapıldı-FOTOLAR

Bərdədə itkin düşmüş və 2 gün sonra meyiti tapılan 15 yaşlı Sevinc Abbaslının qətlində şübhəli bilinərək istintaqdan yayınan şəxsin meyiti tapılıb.

Yenixeber.org-un məlumatına görə, sentyabrın 1-də 2009-cu il təvəllüdlü Abbaslı Sevinc Rəşad qızının itkin düşməsi barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Sentyabrın 3-ü S.Abbaslının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin 1993-cü il təvəllüdlü Əhmədli Kənan İlyas oğlu tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Onun meyiti oktyabrın 7-si Qarabağ kanalından polis əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

31 yaşlı Kənanın hansı şəraitdə kanala düşməsi, qətlə yetirilməsi və ya intihar etməsi hələlik məlum deyil.(Qafqazinfo)

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam