Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

Honkonqun yüzə yaxın sakini təhlükəli infeksiyaya yoluxub

Honkonqda yüzə yaxın insan B qrupu streptokoklarının yaratdığı infeksiyaya yoluxub.

Yenixeber.org-un verdiyi xəbərə görə, bu barədə Çin Xalq Respublikasının Xüsusi İnzibati Bölgəsinin Səhiyyə Departamenti nəzdindəki Sağlamlığın Qorunması Mərkəzi məlumat yayıb.

Söhbət ST283 ştammına yoluxmadan gedir. Epidemioloji araşdırmanın nəticələri göstərib ki, 75 xəstə şirin su balıqları ilə təmasda olub.

Son məlumata görə, ümumilikdə 91 nəfər infeksiyaya yoluxub. Xəstəxanaya yerləşdirilən 43 xəstənin vəziyyəti stabildir, daha dördünün vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Həkimlər dörd xəstənin həyatını xilas edə bilməyiblər, 40 nəfər isə xəstəxanadan buraxılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam