Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Övladları böyüyənə kimi azadlıq istədi -Məhkəmə başqa qərar verdi

Ərini balta ilə öldürmək istədiyi üçün 9 il həbsə məhkum edilən 29 yaşlı Lalə İmaşovanın hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb.

Yenixeber.org-un məlumatına görə, üç uşaq anası olan L.İmaşova məhkəmədən övladları böyüyənə kimi azadlıqda qalmasına icazə verilməsini xahiş edib.

Onun vəkili Altay Mirzəyev hakimlərin diqqətinə çatdırıb ki, keçən müddətdə zərərçəkmiş şəxslə barışıq əldə edilib, hazırda şikayəti yoxdur. Vəkil müvəkkilinin ən kiçik övladının 14 yaşına çatana kimi hökmün icrasının təxirə salınmasını istəyib.

Sonuncu iclasda prokuror da xanım müttəhimə münasibətdə daha yüngül cəza təyin edilməsində maraqlı olub. O, Lalə İmaşovanın üç övlad anası olmasını, qarşı tərəflə barışığı müstəsna hal kimi nəzərə alaraq cəzanın 9 ildən 5 ilə endirilməsini təklif edib.

Qədim Babayevin sədrlik etdiyi məhkəmə tərkibi isə vəkil və prokurorla razılaşmayıb. Hakimlər belə qənaətə gəlib ki, əvvəl təyin edimiş cəzanın 4 il azaldılması və ya təxirə salınması törədilmiş cinayətə münasibətdə ədalətli olmaz. Yekun qərarla Lalə İmaşovanın cəzası 14 ay  5 gün azaldılıb.

Qeyd edək ki, L.İmaşova əri Ceyhun İmaşovun başına balta ilə vuraraq ona ağır xəsarət yetirib. Əri məhkəmədə Lalədən şikayətçi olub, cəzalandırılmasını istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L.İmaşova 9 il azadlıqdan məhrum edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam