Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

29 yaşlı Nicatı öldürənin ittihamı ağırlaşdırıldı- FOTO

 

Dörd ay əvvəl Sumqayıtda 29 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən 25 yaşlı Nüsrət Həsənəlilinin ittiham edildiyi maddə ağırlaşdırılıb.

Yenixeber.org xəbər verir ki, 1995-ci il təvəllüdlü Nicat Bayramovun qətlinə görə saxlanılmış N.Həsənəliliyə Cinayət Məcəlləsinin 120.2.2-ci - xuliqanlıq niyyətilə adam öldürmə maddəsi ilə ittiham elan edilib.

Onun barəsindəki cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 9-u keçiriləcək.

Qeyd edək ki, iyunun 9-u saat 2 radələrində Sumqayıt şəhəri ərazisində 1995-ci il təvəllüdlü Nicat Bayramovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1999-cu il təvəllüdlü Nüsrət Həsənəlilinin şəhərin Hacı Zeynalabdin qəsəbəsində yerləşən kafelərin birində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Nicat Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda ilkin olaraq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, ağırlaşdırılmış hallarda adam öldürmə cinayətinə görə təqsirləndirilən şəxslər 14 ildən 20 ilə qədər və ya ömürlük həbslə cəzalandırılır.

Fotoda Nicat Bayramov

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam