Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Aynur Poluxova inzibati məsuliyyətə cəlb edildi-FOTO

 

Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Aynur Poluxova inzibati məsuliyyətə cəlb edilib.

Yenixeber.org xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Aynur Poluxovanı İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimələyib.

Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, r iyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Aynur Poluxova dövlət qurumunun qərarından məhkəməyə şikayət verib. Onun şikayətinə Yasamal Rayon Məhkəməsində baxılacaq. Oktyabrın 7-nə iş üzrə məhkəmə baxış iclası keçirilib. İclas hakim Mirsadiq Seyidovun sədrliyi ilə keçiriləcək.

Aynur Poluxova Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru vəzifəsinə 2023-cü ildə təyinat edilib. Buna qədər o direktorun müavini vəzifəsində işləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam