Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

Azərbaycan parabadmintonçusu İndoneziyada 2 medal qazanıb-FOTOLAR

 

Azərbaycan parabadmintonçusu İbrahim Əliyev İndoneziyanın Surakarta şəhərində keçirilən beynəlxalq turnirdə 1 gümüş və 1 bürünc medal qazanıb.

Yenixeber.org-un məlumatına görə, kişi parabadmintonçuların şəxsi yarışında qrup mərhələsini 2 qələbə ilə başa vuran təmsilçimiz yarımfinala kimi irəliləməyi bacarıb.

O, finalın bir addımlığında hindistanlı Rutik Raqupatiyə 0:2 (17:21,11:21) hesabı ilə uduzaraq turnirin bürünc medalını qazanıb.

İbrahim kişi parabadmintonçuların qoşa yarışında da mükafatçılar sırasında yer alıb. Sinqapur idmançısı Tay Vey Minqlə tandem təşkil edən idmançı İspaniya, Hindistan və İndoneziyanı təmsil edən rəqiblərinə qalib gələrək qrup lideri kimi finala yüksəlib. Burada Hindistanı təmsil edən Hardik Makkar-Rutik Raqupati cütlüyünə 0:2 (12:21,12:21) hesabı ilə uduzuraq “HYDROPLUS Indonesia Para Badminton International 2024” turnirinin gümüş medalını qazanıb.

Qeyd edək ki, 2022-ci ildən Azərbaycan idmanı tarixində ilk dəfə parabadminton yarışlarında çıxış etməyə başlayan İbrahim Əliyev 2 il öncə məhz İndoneziyada keçirilən beynəlxalq turnirdə debüt edib. O zaman parabadmintonda ilk addımlarını atan idmançı mübarizəni qrup mərhələsində dayandırmışdı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam