Redaktor seçimi
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Günün xəbəri

Bakının bütün yolları tam olaraq açıldı

Son 8 ildə ilk dəfə olaraq,  Formula 1  həftəsindən sonra 24 saat ərzində bütün yol məhdudiyyətləri aradan qaldırılıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası məlumat yayıb. 

13-15 sentyabr tarixlərində baş tutmuş Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 ərəfəsində  bağlanan prospekt və küçələr nəzərdə tutulmuş vaxtdan daha tez, bugündən sürücülərin istifadəsinə verilib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsinin və digər aidiyyəti qurumların birgə səyi nəticəsində son 8 ildə ilk dəfə olaraq paytaxt Bakının yolları 24 saat tamam olmamış paytaxtdakı nəqliyyat məhdudiyyəti aradan qaldırılıb.

Həmçinin, sentyabrın 16-dan 17-dək - 1 gün ərzində Bakı Şəhər Halqası ərtafında təhlükəsizlik məqsədilə quraşdırılmış 3306 ədəd beton bloklar aradan götürülür.

Xatırladaq ki, yarış həftəsində bağlı olan yolların bir çox hissəsi müəyyən saat aralıqlarında şəhərdəki tıxacların minimuma endirilməsi məqsədilə sürücülərin istifadəsi üçün açıq olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam