Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Baş Dövlət Yol Polisi yol hərəkəti iştirakçılarına müraciət etdi...

Baş Dövlət Yol Polisi yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Bu gündən yeni tədris ili başlayır. Bununla əlaqədar yollarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, polis, o cümlədən DYP tərəfindən zəruri təşkilati-əməli işlər görülür, şəxsi heyət gücləndirilmiş iş rejimində çalışır. Lakin, yollarda sıxlığın azaldılmasına xidmət edən qabaqlayıcı tədbirlər, yalnız hərəkət iştirakçılarının məsələyə adekvat yanaşması ilə effektiv nəticə verə bilər.

Yenixeber.org: Baş Dövlət Yol Polisi İdarəsindən bildirilir, təsadüfi deyil ki, təhsil müəssisələrinin yerləşdiyi küçə və prospektlərdə sıxlığın, tıxacların yaranması, məhz həmin təhsil ocaqlarına fərdi avtomobillə gələn şəxslərin dayanma, durma və parklama qaydalarını kobud şəkildə pozmasından qaynaqlanır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün təhsil ictimaiyyətini təbrik edir, bununla yanaşı təhsil müəssisələrinə şəxsi nəqliyyat vasitələrində gələn sürücülərə, ələlxüsus övladlarını məktəbə fərdi minik avtomobilində aparıb-gətirən valideynlərə müraciət edərək onlardan digər hərəkət iştirakçılarına süni maneələr yaratmamağı, xüsusilə paytaxtda nəqliyyat sıxlığını nəzərə alaraq, mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyi, yaxın məsafələri piyada qət etməyə üstünlük verməyi xahiş edir, gənc nəsildə yol hərəkəti mədəniyyətinin formalaşmasına töhfə verməyə, bu işdə şəxsi nümunə göstərməyə çağırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam