Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

TDT Ədliyyə Nazirləri Şurasının 2-ci iclası Azərbaycanda keçiriləcək- FOTOLAR

Ədliyyə naziri Fərid Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Ədliyyə Nazirləri Şurasının ilk iclasında iştirak edib.

Yenixeber.org xəbər verir ki, tədbirdə çıxış edən Fərid Əhmədov ədliyyə sahəsində üzv dövlətlərlə çoxtərəfli formatda əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Ötən dövr ərzində Azərbaycan və Türk dövlətləri arasında elektron ədliyyə xidmətləri, notariat fəaliyyəti, məhkəmə ekspertizası, cəza-icra sistemi və kadr hazırlığı sahəsində ikitərəfli əməkdaşlığa dair çoxsaylı sənədlərin imzalandığını qeyd edən nazir, Ədliyyə Nazirləri Şurasının üzv dövlətlər arasında sahə üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində effektiv platforma olacağını bildirib.

Toplantıda üzv dövlətlər arasında çoxtərəfli əməkdaşlıq üçün perspektivlər, ədliyyə sahəsində rəqəmsallaşmanın əhəmiyyəti, hüquqi sahədə yeni razılaşmaların əldə edilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Nazirlər görüşün yekununda Azərbaycan tərəfinin də təklifləri nəzərə alınmaqla hazırlanmış “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Ədliyyə Nazirlərinin ilk Şurasının Nəticələrinə dair Birgə Bəyannamə” imzalayıb və TDT Ədliyyə Nazirləri Şurasının 2-ci iclasının 2025-ci ildə Azərbaycan Respublikasında keçirilməsi barədə qərar qəbul ediblər.

Həmçinin tədbir çərçivəsində Fərid Əhmədov üzv ölkələrin ədliyyə nazirləri ilə də ikitərəfli görüşlər keçirərək, əməkdaşlığa dair müzakirələr aparıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam