Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı-FOTO

 

Ölkənin ən sərfəli mobil operatoru mövqeyini qorumaqla yanaşı, sosial layihələrə də xüsusi önəmlə yanaşan “Nar”ın əsas dəstəyi ilə Azərbaycanın ən güclü beyinləri növbəti dəfə “Breyn Rinq” intellektual yarışmasında biliklərini sınamağa başladılar.

Yenixeber.org xəbər verir ki, 24-cü mövsümdə 12 şəhər və 7 universiteti təmsil edən 21 komanda “BİLİK KUBOKU” uğrunda mübarizəyə başlayaraq qarşıdakı 4 ay boyunca bilik və zəka bacarıqlarını nümayiş etdirəcək. İştirakçılar hər bazar günü saat 19:15-də İctimai Televiziyada yayımlanacaq yarışmada öz şəhər və universitetlərini qürurla təmsil edəcəklər.

"Nar" üçün elm və təhsilə dəstək vermək strateji Korporativ Sosial Məsuliyyət (KSM) istiqamətinin vacib hissəsidir. Operator gənclərin bilik və intellektual potensialını inkişaf etdirmələrinə imkan verən bu cür layihələrə dəstək olmaqla, həm fərdi inkişafı, həm də Azərbaycanın bilik və elm sahəsində irəliləməsini təşviq edir. “Nar”ın həyata keçirdiyi bütün layihələr haqqında ətraflı məlumatı nar.az/layihələr səhifəsindən əldə etmək olar.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam